Erməni diasporu Qarabağdakı qondarma rejimin tanıdılması istiqamətində siyasi təxribatları ilə yanaşı, mədəni təxribatlarını da davam etdirir.
Daha bir təxribat İspaniyanın Barselona şəhərində planlaşdırılıb. Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
"Erməni diasporu mart ayının 31-də qondarma "Artsax" adı altında Barselona şəhərində konsert təşkil edəcək. Bu,erməni diasporunun Azərbaycana yönəlik təxribatıdır. Məqsəd ispan cəmiyyətini çaşdırmaq və diqqəti qondarma rejimə yönəltməkdir", - o bildirib.
Belə bir tədbirin martın 31-də keçirilməsi təsadüf sayılan bilməz. Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının 31 mart Azərbaycanlıların Soyqırımı günündə keçirilməsi onların çirkin niyyətlərini bir daha nümayiş etdirir.