Modern.az

Azərbaycanlı deputatlar Ukraynada prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Ukraynada prezident seçkilərini müşahidə edəcəklər

Aktual

27 Mart 2019, 13:02

Milli Məclisin deputatları Naqif  Həmzəyev Azər Kərimli və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Kiyev şəhərinə səfərə gedəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər.
Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.

Səfər aprelin 2-də başa çatacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı