Modern.az

Ucarda yeniyetmə qız ağır yanıq xəsarəti aldı

Ucarda yeniyetmə qız ağır yanıq xəsarəti aldı

Aktual

28 Mart 2019, 00:17

Novruz bayramı üçün Ucara gedən sumqayıtlı gənc qız ağır yanıq xəsarətləri alıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər yaşıldərə yaşayış massivində yaşayan 2003-cü il təvəllüdlü Məmmədova Dürmisə Sənan qızı bayramı daha maraqlı keçirməsi üçün ailəsi ilə birgə Ucar rayonunda olarkən qaynar su onun üzərinə tökülüb. Nəticədə Məmmədova Dürmisə ağır yanıq xəsarətləri alıb.

 

Yaralı əvvəlcə rayon xəstəxanasına daha sonra xüsusi avtomobillə Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. 10-cu sinif şagirdi olan gənc qıza 1-ci,2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı