“Azərbaycanda bəzi vətəndaşlar şəxsiyyət vəsiqəsindəki fərdi identifikasiya nömrəsinin (FİN kodunun) dəqiq olmaması ilə əlaqədar problemli kreditlərin həllinə dair portalda adlarını tapmaya bilər”.
Modern.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası çərçivəsində elektron portalın təqdimatı zamanı bildirib.
Təqdimat zamanı həmçinin qeyd olunub ki, fəaliyyəti dayandırılmış banka borclu olan vətəndaşlara ödəniləcək kompensasiya məbləğilə bağlı məlumatlar ona poçt vasitəsilə göndəriləcək. Vətəndaş fəaliyyətdə olan banka borcludursa, bütün məlumatlar ona sms şəklində dərhal göndəriləcək.