Modern.az

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Aktual

28 Mart 2019, 12:52

29 martda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 29-da havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

 

Xəbərdarlıq

Martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Fasilələrlə yağış yağacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı