Modern.az

“BakuBus” avtobusu  qəzaya uğradı: Xəsarət alanlar var

“BakuBus” avtobusu  qəzaya uğradı: Xəsarət alanlar var

Aktual

29 Mart 2019, 00:43

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Modern.az  ONA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.

Metronun Gənclik stansiyasının yaxınlığında “BakuBus” MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən "İVECO" "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişinlər 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...