Modern.az

Gənc fəal idman departamentin direktoru təyin olunub

Gənc fəal idman departamentin direktoru təyin olunub

Aktual

29 Mart 2019, 16:00

Gənc Vətənpərvərlər İctimai Birliyi İdarə heyətinin iclası keçirilib. İclasda birliyin sədri Muğan Əliyev iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri R.Hacıyeva I rübdə görülən işlər barəsində hesabat verib. Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVİB sədrinin təklifi ilə Birliyinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, gənc fəal Akşin Fazil oğlu Hüseynov İdman Departamentinin direktoru vəzifəsinə təyin olunub.
İclasda cari məsələlər də müzakirə olunub və II rübdə görüləcək işlər, ümummilli lider Heydər Əliyevin 96 illk yubileyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi haqqında tədbirlər planı təsdiqlənib, icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradılıb.
GVİB-in İdman Departamentinə direktor təyin olunan gənc fəal Akşin Hüseynov "Qubadlı" idman klubunun prezidentidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı