Modern.az

Bərdədə 30 yaşlı çoban itkin düşdü - FOTO

Bərdədə 30 yaşlı çoban itkin düşdü - FOTO

Aktual

29 Mart 2019, 20:15

Bərdə rayonunda 30 yaşlı çoban itkin düşüb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

 

Belə ki, Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Xalıq Zahid oğlu İsmayılov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

 

Onun həyat yoldaşı Xumarə İsmayılova "Report"un Qarabağ mərkəzinə bildirib ki, 4 ildir ailə həyatı qurub. Ailənin bir azyaşlı oğlan övladı var. Sonuncu dəfə həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra X.İsmayılov evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı