Modern.az

Fransalı həmsədr Vyana görüşünü səmərəli hesab edir

Fransalı həmsədr Vyana görüşünü səmərəli hesab edir

Aktual

29 Mart 2019, 21:19

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olub. Ümidvarıq ki, bu, belə davam edəcək”.

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti  məlumat verib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı