Modern.az

Azərbaycan və Avropa Birliyi tərəfdaşlıq haqqında saziş imzalaya bilər

Azərbaycan və Avropa Birliyi tərəfdaşlıq haqqında saziş imzalaya bilər

Aktual

30 Mart 2019, 11:06

Azərbaycan və Avropa İttifaqı (Aİ) gələn həftə Brüsseldə tərəfdaşlıq haqqında yeni sazişi, həmçinin ümumi aviasiya məkanının yaradılması barədə sazişi müzakirə edəcək.

 

Bunu Modern.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.

 

O, həmin sazişlər barədə danışıqların davam etdirildiyini deyib:

“Biz əvvəllər olduğu kimi, tez bir zamanda hərtərəfli sazişin əldə olunması üçün çalışırıq. Bu səylər həm tərəfdaşlıq, həm də aviasiya sazişinə aiddir. Aprelin 4-də Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının görüşü baş tutacaq və hər iki saziş üzrə irəliləyişlər yüksək səviyyədə müzakirə olunacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı