Modern.az

Vergi orqanlarına işə qəbul olmaq istəyən üçün test imtahanı

Vergi orqanlarına işə qəbul olmaq istəyən üçün test imtahanı

Aktual

30 Mart 2019, 17:33

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

 

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı