Ermənistanda səhiyyə nazirinin müavini saxlanılıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Armen Davtyan rüşvət alarkən saxlanılıb.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə nazir müavininin vətəndaşdan rüşvət tələb etməsi barədə məlumat daxil olub və keçirilən əməliyyat nəticəsində adı hələlik açıqlanmayan məmur pul alarkən yaxalanıb.
Səhiyyə naziri Arsen Torosyan müavini Armen Davtyanın saxlanıldığı barədə məlumatı Facebook-da təsdiqləyib.