Modern.az

Bakıda piyada yol qəzasının qurbanı oldu

Bakıda piyada yol qəzasının qurbanı oldu

Aktual

30 Mart 2019, 21:12

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vurub. Qəza nəticəsində dünyasını dəyişən şəxs piyadalar üçün qadağan olunmuş hissədən yolu keçməyə cəhd edib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Qəza nəticəsində yolda tıxac yaranıb.

 

Qeyd edək ki, fotonu sosial şəbəkədə jurnalist Pərviz Musayev paylaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı