Modern.az

Zelenski Ukraynada liderdir - Seçkilər II tura gedir

Zelenski Ukraynada liderdir - Seçkilər II tura gedir

Aktual

1 Aprel 2019, 08:40

Ukraynada keçirlimiş prezident seçkilərində  səsvermə bülletenlərinin 35,47%-nin sayılmasından sonra Vladimir Zelenski 30,22% səslə irəlidədir. 

Modern.az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının bu gün səhər saatlarında açıqladığı məlumatda belə deyilir.

İkinci yerdə gələn hazırkı prezident Petro Poroşenko hələ ki 16,69% səs, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,14% səs toplaya bilib.

Namizədlərdən heç biri 50 faiz səs toplamayacağı təqdirdə seçkilərin ikinci turu keçiriləcək. İkinci tura isə Zelenski və Poroşenko iddialıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı