Tovuzda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.
Rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.