Modern.az

Təbiətə 9800 manat ziyan vuran şəxs cəzalandı

Təbiətə 9800 manat ziyan vuran şəxs cəzalandı

Aktual

1 Aprel 2019, 09:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində  müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

 

Modern.az xəbər verir ki, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna  göndərilib.       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı