Modern.az

Mərkəzi Bankın qarşısında avtomobil piyadaları vurdu – 2 ölü, 2 yaralı

Mərkəzi Bankın qarşısında avtomobil piyadaları vurdu – 2 ölü, 2 yaralı

Aktual

1 Aprel 2019, 11:28

Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın qarşısında insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub, daha sonra idarəetməni itirərək avtobusa çırpılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb:

“Belə ki, avtomobili idarə edən 44 yaşlı kişi sürücü piyadaları vurub daha sonra avtobusa çırpılıb. Hadisə nəticəsində sürücü və 50-55 yaşlarında naməlum qadın dünyasını dəyişib. 60 yaşlarında qadın və 30 yaşlı kişi yaralanaraq Klinik Tibbi Mərkəzə aparılıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı