Modern.az

Azərbaycanın paralimpiya yığmasının daha bir uğuru

Azərbaycanın paralimpiya yığmasının daha bir uğuru

Aktual

1 Aprel 2019, 13:21

Xorvatiyanın Zaqreb şəhərində keçirilən, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının da iştirak etdiyi Açıq Regional Çempionat başa çatıb.  

 

18 ölkənin boccia üzrə komandalarının iştirak etdiyi çempionatda boccia üzrə milli yığmamız qrup mərhələsində ilk oyunda Macarıstan yığmasına məğlub olsa da, Xorvatiya yığması ilə qarşılaşdığı növbəti oyunu qələbə ilə başa vurub. Yığmamız Türkiyə yığması ilə qarşılaşmada da uğur qazanaraq yarımfinala qədər yüksəlib.

 

Yarımfinalda komandamız Slovakiya yığmasına məğlub olmasına baxmayaraq, Yunanıstanın komandası ilə oyunda qələbə qazanıb. Beləliklə, Azərbaycan bocciaçıları Açıq Regional Çempionatda üçüncü yeri qazanaraq,  bürünc medala sahib olublar.

Yarışda birinci və ikinci yerləri müvafiq olaraq Slovakiya və Xorvatiya komandaları tutub.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı