Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində minik avtomobili dirəyə çırpılıb. Daha sonra arxadan gələn “Sprinter” minik avtomobilinə çırpılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, qəza nəticəsində 65-68 yaşlarında kişi dünyasını dəyişib.
Digər şəxs-45 yaşlı kişi qapalı kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
“Sprinter” də olan 3 nəfər - 2 qadın və bir kişi müxtəlif yüngül travmalarla KTM-ə aparılıb.