Modern.az

Mədəniyyət Nazirliyi QHT-lər üçün müsabiqə elan etdi

Mədəniyyət Nazirliyi QHT-lər üçün müsabiqə elan etdi

Aktual

1 Aprel 2019, 17:50

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədlə 2019-cu il üçün Mədəniyyət Nazirliyi sərbəst mövzu üzrə müsabiqə elan edib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu il mayın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

 

Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub; QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili; tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar; tədbirin keçiriləcəyi yer və tarix; tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə); tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı