Modern.az

Göygöldə "bomj" yol kənarında öldü

Göygöldə "bomj" yol kənarında öldü

Aktual

1 Aprel 2019, 23:10

Göygöl rayonunda yolun kənarında meyit tapılıb.

Modern.az-ın “Trend”ə istinadən məlumatına görə, daxil olan məlumat əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, meyit Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 1, mənzil 12-də yaşayan, 1977-ci il təvəllüdlü Salahov Aqil Fəxrəddin oğluna məxsusdur.

Müəyyən edilib ki, A.Salahov uzun müddətdir spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirirmiş.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz