Modern.az

Bakıda marşrut avtobusu dükana çırpıldı

Bakıda marşrut avtobusu dükana çırpıldı

Aktual

2 Aprel 2019, 12:55

Aprelin 2-si saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10TG992 DQN-li avtobusun iştirakı ilə qəza olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a bildirib ki, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarə etməni itirib:

“Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib. Hadisə nəticəsində xəsarət alan yoxdu”.

BNA rəsmisi hazırda məsələnin diqqətdə olduğunu bə müvafiq araşdırma aparıldığını vurğualyıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı