Modern.az

ABŞ-dan 608 əsgər itkisinə görə İrana ittiham

ABŞ-dan 608 əsgər itkisinə görə İrana ittiham

Aktual

3 Aprel 2019, 00:14

ABŞ hökuməti İraq müharibəsində 608 əsgərinin ölümünə görə İranın məsuliyyət daşıdığını düşünür. Modern.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

 

“Mən məxfi araşdırma materiallarına əsaslanaraq deyə bilərəm ki, İraqda həlak olmuş Amerika əsgərlərinə görə İran məsuliyyət daşıyır”, - Huk belə deyib.

 

Onun sözlərinə görə, bu, ABŞ-ın 2003-2011-ci illərdə müharibədə itirdiklərinin 17 faizidir. O, həmçinin qeyd edib ki, İran “İraqı özünün təsiri altına salmaq istəyir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı