Modern.az

Bakıda Mədəniyyət evində yanğın oldu

Bakıda Mədəniyyət evində yanğın oldu

Aktual

3 Aprel 2019, 08:51

Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.

Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!