Modern.az

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Aktual

3 Aprel 2019, 09:58

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gündəliyə 19 məsələ daxildir.

 

Aprelin 9-da Hesablama Palatasının hesabatı təqdim olunacaq.

 

Bundan başqa gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük taarifi haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İctimai iştirakçılıq haqqında”,  “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında”  və digər qanunlara dəyişikliklər daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı