Səhiyyə naziri Oqtay Şirəliyev “Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.
Modern.az-ın məlumatına görə, nazir “Könüllü fəaliyyət haqqında” qanunu rəhbər tutaraq, Səhiyyə Nazirliyində könüllü fəaliyyətin təşkil edilməsini əmr edib.
Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.
Eyni zamanda, bu sahədə fəaliyyətlərini Vətəndaşlara Xidmət və Sosial İnnovasiaylar üzrə Dövlət Agentliyi ilə əlaqələndirirlər.
Könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.
Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.