Modern.az

Azərbaycanın Ankaradakı səfirliyinə qeyri-adi qonaqlar gəldi - FOTOLAR

Azərbaycanın Ankaradakı səfirliyinə qeyri-adi qonaqlar gəldi - FOTOLAR

Aktual

3 Aprel 2019, 11:35

Azərbaycanın Ankaradakı səfirliyinin budəfəki qonaqları nə siyasət, nə də iş dünyasının təmsilçiləriydi.
Müsafirlər hələ 9 yaşları belə olmamış Azərbaycan-Türkiyə qardaşlığının kiçik təmsilçiləri – Ankaradanın Mamak ilçəsindəki Ali Kuşçu ilkokulunun 2D sinif şagirdləri olub

Modern.az-ın məlumatına görə, şagirdlər səfir Xəzər İbrahimlə görüşüblər.

Xəzər  İbrahimin Azərbaycan türkcəsinde qurduğu ünsiyyət türkiyəli şagirdləri çaşdırmayıb.

Səfirin "Uşaqlar, necəsiniz" sualına hamısı "Yaxşıyık. Siz necəsiniz?” qarşılığı veriblər.

Səfir Türkiy-Azərbaycan şagirdlərinin dostlaşması projesinin iki qardaş ölkə arasında çox böyük anlamı olduğunu bildirib.

"Bu proje onu göstərir ki, bizim əlaqələrimiz sadəcə siyaset, iqtisadiyyat, müdafiə və s. sahə ilə məhdudlaşmır",- Xəzər İbrahim deyib.

Şagirdlər Azerbaycanla bağlı başlatdıqları proje çərçivəsində öyrendikləri şeirleri səfirin qarşısında söyləyiblər.

Azad Tura Azərbaycanın Dövlət Himnini, Eylül Gürşenbolat Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə”, Azad Tura, Yaren Taşan, Ela Cüce birlikde “Xocalı müsibəti”, Davut Ali Gündoğdu, Emir Efe Karayünlü və Ata Bulut Kilci isə “Üçrəngli bayraq” şeirlərini Azərbaycan türkçəsində əzbər deyiblər.

“Ölkəmizin ən yaxkın dostu Azərbaycanla ilişkilərin kiçik bir parçası olmaq və bu ilişkilərin dəyərini anlayaraq böyüyən vətandaş olmaq hissi bizi daha çok sevindiri”,-deyə şagirdlər bildiriblər.


Sonda şagirdlər öz əlləri ilə düzəltdikləri dəvət kartını səfirə təqdim edərək, onu məktəbdə keçiriləcək 23 nisan törəninə dəvət ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı