Modern.az

Banklar gəlirlərini diversifikasiya edirlər - İqtisadçı

Banklar gəlirlərini diversifikasiya edirlər - İqtisadçı

Aktual

3 Aprel 2019, 11:46

Banklar gəlirlərini diversifikasiya etməkdə davam edir. Modern.az-ın məlumatına görə, bununla bağlı şərh verən iqtisadçı Samir Əliyev əsas tendensiyanın bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımı hesabına baş verməsi olduğunu diqqətə çatdırıb.

İqtisadçı Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralın sonuna olan icmal göstəricilərinə əsasən bildirib ki, 2018-ci ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8% artaraq 4,2 milyard manata çatıb:

“Beləliklə də bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə - 14,1%-ə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2%, 2017-ci ildə isə 9%-ə yaxın olub.

Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2% azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4%-ə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4%-ə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9% olub”.


S.Əliyev qeyd edib ki, cari ilin ilk iki ayında kredit qoyuluşu 5 milyon manat azalıb və aktivlərdə payı 43,1%-ə düşüb:

“Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da, aktivlərdə payı azaldıb.

Ümumilikdə isə bankların aktivləri zəif olsa da, artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərin artımını dəstəkləyəcək. Hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məbləğ, ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı