“Barselona”nın super ulduzu Lionel Messi La Liqada standart vəziyyətlərdən 81-ci qolunu vurub.
Modern.Az-ın məlumatına görə ,Messsi dünən gecə La Liqanın 30-cu turunda “Vilyareal” la matçda(4:4) komandasının 3-cü qolunu vurub.Bununla da Messi standart vəziyyətdən vurduğu qolların sayını 81-ə (29-u cərimə zəribələri,52-si penalti) çatdırıb. Beləliklə, argentinalı hücumçu bu göstəricidə “Real”ın sabiq futbolçusu və hazırda “Yuventus”da çıxış edeən Kritiano Ronaldunu(80 qol) geridə qoyub.
Nəzərinizə çatdıraq ki, Messi La Liqada keçirdiyi 446 matçda 415 qol vurub, 238 qol ötürməsi verib. Davam edən çempionatda isə Messi 32 qol, 12 qol ötürməsi verib.
Novruz NOVRUZLU