Həbib Nurməhəmmədov ilə Konor Makqreqor arasındakı döyüş bitsə də söz dueli bitmir.
Modern.az məlumat verir ki, hər şey Həbib Nurməhəmmədovun Makqreqorun şübhəli şəkildə MMA-dan birəfəlik getməyi haqqında danışmağı ilə başlayıb. Həbib belə deyib:
“MMA-dan getdiyinə inanmıram. Konor “səndən ayrılıram” deyib hər dəfə geri qayıdan qısqanc qadınlara bənzəyir”.
Buna görə əsəbləşən Makqreqor keçmiş rəqibinin arvadını hədəf göstərən, alçaldıcı islamofobiya ehtiva edən bu tviti atıb:
”Sənin arvadın bir dəsmaldır”.
Amma Makqreqor səhvini başa düşüb, bu tviti 15 dəqiqə sonra silib. Amma bu xəbərin saytlara düşməyinə mane ola bilməyib. Sonda irlandiyalı "revanş etməkdən qorxma, kiçik siçan. Hər zaman sənə əmr ediləni edirsən” deyib.
Nəzərinizə çatdıraq ki, Nurməhəmmədovun arvadının adı bilinmir. Mətbuata çox görünməyən Həbibin bir oğlu və bir qızı var.
Novruz NOVRUZLU