Modern.az

“Barselona” 160 milyon aldığı oyunçunu 130 milyona satır

“Barselona” 160 milyon aldığı oyunçunu 130 milyona satır

Aktual

3 Aprel 2019, 14:09

“Barselona”nın gözdən çıxardığı Braziliyalı yarımmüdafiəçi Filipe Koutinyo üçün Çelsi, Paris və “Mançestir Yunayted”in agenti ilə görüşdüyü iddia edilib.

 

“Barselona”nın gözdən çıxardığı bildirilən Filipe Kautinyo üçün 3 klub idarəçisinin agentiylə görüşdüyü irəli sürülüb.

Modern.Az-ın məlumatına görə Kataloniya mərkəzli “Sport” qəzetində yer alan xəbər görə  2018-ci ilin yanvar ayında Liverpuldan transfer edilən, ancaq ondan gözləntiləri istənilən dərəcədə qarşılaya biməyən Koutinyo ilə “Barselona”, bu yay yolları ayırma qərarı alıb. “Barselona”nın 160 milyon avro ödədiyi braziliyalı oyunçunu 130 milyon avroya satmaq istədiyi bildirilib.

 

“Çelsi” bu transfer üçün ən istəkli klub olduğu bildirilərkən, 2 sezon transfer qadağası aldığına görə bu transferin baş tutacağı real görünmür, yalnız qadağa götürülsə, bu baş tuta bilər.

Koutinyoun agenti ilə görüşən digər iki klubun “PSG” və “Mançester Yunayted”  olduğu bildirilib.

26 yaşındakı Filipe Kautinyo bu sezon Barselona forması ilə çıxdığı 42 oyunda 9 qol,5 qol pası verdi.

 

Novruz NOVRUZLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı