Modern.az

İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib

İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib

Aktual

3 Aprel 2019, 14:52

Prezident İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib. 

Modern.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli xanım Çaputova,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 

 

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı