Modern.az

Meriya müxalifətin mitinq istəyinə cavab verdi  

Meriya müxalifətin mitinq istəyinə cavab verdi   

Aktual

3 Aprel 2019, 17:21

Bakı Meriyası Milli Şuranın və Müsavat Partiyasının mitinqlə bağlı müraciətlərinə cavab verib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həm Müsavat Partiyasına, həm də Milli Şuraya mitinqlə bağlı “yox" deyilib.

Qeyd edək ki, Müsavat Partiyası aprelin 7-də, saat 15:00-da "İnşaatçılar" metrostansiyasının yanındakı keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi planlaşdırmışdı.

Milli Şura isə aprelin 6-sı saat 15:00-dan 17:00-dək eyni məkanda mitinq keçirməyi nəzərdə tutmuşdu.

Bakı meriyası Milli Şuranın və Müsavat Partiyasının nümayəndələrini mitinqə icazə verilmədiyi barədə məlumatlandırıb.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...