“Los Anceles Leykers”in ulduzu Lebron Ceyms Türkiyə ilə eyni qrupda yer alacaq ABŞ milli komanadasının heyətində olmayacağını bildirib.
Modern.az-ın məlumatına görə milli komandanın heyətində olmayacağını ABŞ mətbuatına verdiyi açıqlamasında bildirən 34 yaşındakı Ceymis,”Qreq Popoviçin xətrini çox istəyirəm, amma bu yay mənim adıma milli komanda da olmaq münasib deyi.” ifadəsini işlədib.
Daha əvvəl NBA-da play-off ümidini itirən “Leykırs”da mövsümün qalanında forma geyinməyəcəyini açıqlayan amerikalı ulduz basketbolçu 2020 Tokiya Olimpiya Oyunlarında isə ola biləcəyini bildirib.
ABŞ milli komandası 31 avqust -15 sentyabr tarixlərində Çində planlaşdırılan 2019 FİBA Dünya Kubokunda Türkiyə, Çexiya və Yaponiya ilə E qrupunda mübarizə aparacaq.
Novruz NOVRUZLU