Modern.az

Doğum evinin təmiri üçün 2 milyon manat ayrıldı

Doğum evinin təmiri üçün 2 milyon manat ayrıldı

Aktual

3 Aprel 2019, 18:14

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

 

Göstərilən məbləğdə maliyyələşmənin təmin edilməsi üşün Maliyyə Nazirliyinə göstəriş verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı