Modern.az

Dünyanın on ən yaxşı aviaşirkətinin adları açıqlanıb

Dünyanın on ən yaxşı aviaşirkətinin adları açıqlanıb

Aktual

3 Aprel 2019, 19:10

ABŞ-ın “TripAdvisor” firması dünyanın ən yaxşı aviaşirkətlərinin adlarını açıqlayıb. Onun versiyasına görə, Singapore Airlines reytinq cədvəlində birinci yeri tutub.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sinqapur aviaşirkəti ilə yanaşı, reytinq cədvəlində ilk onluğa Qatar Airways, Emirates, Japan Airlines, Eva Air, Southwest Airlines, Azul, Air New Zealand, All Nippon Airways (ANA) daxildirlər.

Amerikan şirkətinin tərtib etdiyi bu reytinqdə ABŞ, Fransa, Almaniya, İngiltərənin məşhur aviaşirkətlərinin ilk onluqda yer almaması diqqəti çəkir. Avropa aviaşirkətləri arasında ən yaxşısı isə Virgin Atlantic olub.

Reytinq cədvəli sərnişinlər arasında aparılan sorğunun nəticələrinə görə tərtib olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı