Modern.az

"ShamkirChess2019"da bütün görüşlər heç-heçə başa çatdı

"ShamkirChess2019"da bütün görüşlər heç-heçə başa çatdı

Aktual

3 Aprel 2019, 21:43

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində IV turun oyunları başa çatıb.

Modern.az-ın ONA-ya istinadən məlumatına görə, yarışın bütün matçları heç-heçə yekunlaşıb.

 

Belə ki, Azərbaycan şahmatçılarından ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə xalları yarı bölüb. Digər təmsilçimiz Teymur Rəcəbov isə 4-cü görüşündən də "sülh"lə ayrılıb. O, bu dəfə hollandiyalı Aniş Giri ilə heç-heçə edib.

 

IV tur

 

Veselin Topalov (Bolqarıstan, 2740) - Maqnus Karlsen (Norveç, 2845) - 0,5:0,5

Dinq Liren (Çin, 2812) - Vişvanatan Anand (Hindistan, 2779) - 0,5:0,5

Sergey Karyakin (Rusiya, 2753) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2797) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - David Navara (Çexiya, 2739) - 0,5:0,5

 

Turnir cədvəli: Karlsen - 3 xal, Karyakin, Liren - hər ikisi 2,5, Topalov, Rəcəbov, Anand - 2, Qrişuk, Giri, Məmmədyarov, Navara - 1,5.

 

Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı