Modern.az

Azərbaycan nefti bir qədər də bahalaşdı

Azərbaycan nefti bir qədər də bahalaşdı

Aktual

3 Aprel 2019, 23:31

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 71,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,34 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,83 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,62 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı