Almaniya Kubokunun 1/8 finalında “Bavariya” ilə Bundesliqa-2 təmsilçisi “Heidheneym” arasındakı oyunda tam 9 qol vurulub.
Modern.az-ın məlimatına əsasən “Alianz Arena”da oynanılan matçın 15-ci dəqiqəsində Şülenin qırmızı kart görməyi ilə 10 nəfər qalan və 1-2 hesabı ilə geriyə də düşən “Bavariya” sonda matçı (5:4) qazanaraq, 1/4 finala yüksəlib.
“Bavariya”ya qalibiyyəti gətirən gətirən qolları 12-ci dəqiqədə Qoretzka, 53-cü dəqiqədə Müller, 56 və 84-cü dəqiqələrdə Levandovski, 65-ci dəqiqədə Qnqabridən gəlib. ”Heidheneym”in qollarını isə 26,74 və 77-ci dəqiqələrdə Qlatzel, 39-cu dəqiqədə isə Şnatterer vurub.
Novruz NOVRUZLU