Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını yenidən bərpa etməsi haqqında məlumat verib.
Modern.az-in məlumatına görə 31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Tviter” hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.
Nəzərinizə çatdıraq ki,Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşün 21-də qalib gəlib. O, sonuncu dəfə ötən ilin oktyabrında dağıstanlı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.
Novruz NOVRUZLU