FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Modern.az xəbər verir ki, son reytinq cədvəli ilə müqayisədə yığmamız mövqeyini qoruyub, ancaq 4 xal itirib. Yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında martda AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1-2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə bərabərə qalan millimiz, 1202 xalla 108-ci yerdədir.
Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1621) 5-ci, Uels (1539) 19-cu, Slovakiya (1482) 32-ci, Macarıstan (1419) 51-ci pillədə qərarlaşıb. Nəzərinizə çatdıraq ki, siyahıya 1737 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1734), Braziliya isə 3-cu (1676) yerdə qərarlaşıb.
NovruzNOVRUZLU