Modern.az

Rafael Ağayev 2-ci oldu

Rafael Ağayev 2-ci oldu

Aktual

4 Aprel 2019, 14:06

Ümumdünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb.

Modern.az xəbər verir ki, ilk 20-likdə Azərbaycanın 3 karateçisinin adı yer alıb.

Milli komandamızın lideri Rafael Ağayev (75 kq) italiyalı Luici Busadan sonra ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, İspaniyada keçirilən 54-cü Avropa çempionatında R.Ağayev məhz L.Busaya məğlub olaraq gümüş medalla kifayətlənib. Dünya çempionu İrina Zaretska (61 kq-dan yuxarı) da ikinci pillədə qərarlaşıb. Bu çəkidə yunan Eleni Çatziliadou reytinq cədvəlinin lideridir.

Digər təmsilçimiz Firdovsi Fərzəliyev (67 kq) isə 12-ci pilləyə yüksəlib.

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz