Kriştianu Ronaldu zədəsini sağaldıb.
Modern.az-ın “Marka”ya istinadən verdiyi məlumata görə,”Yuventus”un portuqaliylı super ulduzu Kriştiano Ronaldu Çempionlar Liqasının1/4 finalında “Ayaks”a qarşı ilk oyunda oynaya bilər. Xəbərdə bildirilib ki, 34 yaşlı hücumçu hazırda yaxşı formadadır. Onun bərpa müddəti gözləniləndən də tez bitib.
Bundan əlavə olaraq qəzet yazıb ki, Ronaldu A seriyasının 31-ci turunda “Milan”la görüşdə iştirak edə bilər, ancaq Turin klubu onun yenidən zədələnmə ehtimalını nəzərə alaraq futbolçusuna istirahət verəcək.
Qeyd edək ki, bu yaxınlarda M.Alleqri Ronaldunun zədəsinin bərpa müddətinin uzun ola biləcəyini və “Ayaks”la ilk oyunda oynaya bilməyəcəyini bildirmişdi.
Novruz NOVRUZLU