Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamla qərarla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Nizami Xudiyev AzTV-nin keçmiş rəhbəri, Milli Məclisin sabiq deputatıdır.
Aprelin 1-də onun 70 yaşı tamam olub. N.Xudiyev hazırda Azərbaycan Pedaqoji İnstitutunda çalışır.