İngiltərə Premyer Liqasının 32-ci turunda keçrilən “Vulverhempton” – “Mançester Yunayted” (2-1) görüşün referisi Mayk Din tarixə düşüb.
Modern.az-ın məlumatına əsasən, 50 yaşlı referi ikinci hissədə “Mançester Yunayted”in müdafiəçisi Eşli Yanqa qırmızı vərəqə göstərib.
Mayk Dinin karyerası ərzində Premyer Liqada göstərdiyi 100-cü qırmızı vərəqə olub və veteran hakim İngiltərə çempionatı tarixində 100 qırmızı vərəqə həddinə çatan ilk referi olub.
Novruz NOVRUZLU