Modern.az

Nazirlik “Diqlas”ın sökülməsinə qərar verdi

Nazirlik “Diqlas”ın sökülməsinə qərar verdi

Aktual

4 Aprel 2019, 16:44

Bir müddəəvvəl yanğın baş vermiş “Diqlas” ticarət mərkəzi söküləcək. Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, ticarət mərkəzinin sökülməsinə mütəxəssislər tərəfindən rəy verilib.

Xatırladaq ki, Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzindəki yanğın martın 26-da baş verib.  Yanğın nəticəsində 381 nəfər zərərçəkən müəyyənləşib.

 
“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Nazirlər Kabinetində komissiya yaradılıb. 

Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın tərkibinə fövqəladə hallar, maliyyə, iqtisadiyyat, vergilər, daxili işlər, energetika nazirləri, Baş prokuror, Dövlət Gömrük Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin başçıları daxildir.

Komissiyaya tapşırılıb ki, hadisənin başvermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV