Modern.az

Ermənistan xeyriyyə təşkilatının sədri Tatarıstanda saxlanıldı

Ermənistan xeyriyyə təşkilatının sədri Tatarıstanda saxlanıldı

Aktual

4 Aprel 2019, 19:36

Ermənistanın “Hay-Bi-Si” xeyriyyə təşkilatının sədri Tunyan A.A. Rusiyanın Tatarıstan Respublikasının Naberejnı Çelna şəhərində saxlanılıb.

“Novosti Kazani” xəbər verir ki, təşkilatın qadın rəhbəri dövlətlərarası axtarışda olub.

 

Ermənistanda onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. İstintaqın gedişində müəyyən edilib ki, Tunyan A.A 2017-ci ilin sentyabrında ölən hərbçinin qızından aldatma yolu ilə 4000 dollar alıb. Xeyriyyə təşkilatının sədri həmin qadını Yerevanda mənzillə təmin edəcəyi sözünü verib. Amma sonradan vədinə əməl etməyib.

 

Virtualaz.org

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz