Modern.az

Bakıda yeniyetmə itkin düşdü

Bakıda yeniyetmə itkin düşdü

Aktual

4 Aprel 2019, 22:53

Bakıda daha bir yeniyetmə itkin düşüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

 

2005-ci il təvəllüdlü Tağızadə Mələk Yadigar qızı aprelin 3-də yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 2, mənzil 3-dən çıxaraq geri qayıtmayıb.

 

Onunla birgə yaşayan 2000-ci il təvəllüdlü bacısı Tağıyeva Sevda Yadigar qızı bildirib ki, M.Tağızadə əvvəllər də bir neçə dəfə evdən gedib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz