Hollandiyanın “Villem 2” klubu erməni futbolçu Aras Özbilizlə icarə müqaviləsini pozub.
Modern.az klububun rəsmi saytına istinadən xəbər verir ki,buna 29 yaşlı yarımmüdafiəçinin intizamsız hərəkəti səbəb olub.O, “Fortuna Siddard”a 3-2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəyib. Klub rəhbərliyi isə onu müqavilə məxsus olduğu “Beşiktaş”a geri göndərib. Nəzərinizə çardıraq ki, Aras bu mövsüm 17 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Novruz NOVRUZLU