Modern.az

Bakıda qayınatasını döyən kürəkən haqda rəsmi məlumat  

Bakıda qayınatasını döyən kürəkən haqda rəsmi məlumat   

Aktual

5 Aprel 2019, 13:43

Daxili İşlər Nazirliyi Binəqədidə kafedə baş verən insidentlə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat ximətindən Modern.az-a verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılıblar. Hadisə törədilərkən istifadə edilmiş “Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinyət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı